"Rusiya Ankaranın sülhün yaranması üçün göstərdiyi səylərə önəm verir" - Stanislav Tkaçenko

13:00 25.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“24 fevraldan üzübəri bir çox ölkənin lideri Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmaq məqsədilə vasitəçilik etməyə çalışdı və hələ də belə səylər var. Hesab edirəm bu müddətdə prezident Rəcəb Tayyib Ərdoğanın, səlahiyyətli türk məqamlarının və ümumilikdə türk diplomatiyasının oynadığı rol daha üstün və təqdirəlayiqdir".

Hafta.az-ın yazdığına görə, bu sözləri Sankt Peterburq Dövlət Universiteti Beynəlxalq Münasibətlər Fakültəsinin professoru Rusiya Ankaranın sülhün yaranması üçün göstərdiyi səylərə önəm verir deyib. O bildirib ki, Rusiya Ankaranın sülhün yaranması üçün göstərdiyi səylərə önəm verir. Çünki Türkiyəni Qara dəniz, Cənubi Qafqaz və daha geniş mənada, Avrasiyada təsis ediləcək sülh və istiqrarda maraqları olan müstəqil bir dövlət görür.

"Türkiyə və Rusiya prezidentləri arasında qarşılıqlı etibara söykənən uzunmüddətli dialoq və dostluq prosesi mövcuddur. Putin əvvəllər də verdiyi açıqlamada Ərdoğanın peşəkar və insani keyfiyyətlərini dəfələrlə təqdir edib. Bundan əlavə, Ərdoğanın sözünə və öhdəliklərinə əməl edən biri kimi, hər zaman ona güvəndiyini də dəfələrlə dilə gətirib. Bu səbəbdən də, cənab Ərdoğanın şəxsi vasitəçilik səyləri və türk diplomatların yürütdüyü işlər, Rusiya ilə Ukrayna arasında sülhün sürətlə bərpa olunacağına ümidləri artırıb" deyən Tkaçenko əlavə edib ki, bu gün Türkiyə dünyada təhlükəsizliyi təmin etmək üçün müsbət rol oynayan və hər keçən gün böyüyən qlobal güclərdən biridir. O, Türkiyənin Rusiya üçün vacib iqtisadi ortaq olduğunu da qeyd edərək bildirib ki, qarşılıqlı mal və xidmət ticarətinin, sərmayələrin həcmi pandemiya şəraitində belə artmaqdadır.

Siyasət rubrikasından digər xəbərlər